Alp dağlarında qar uçqunu: ölənlərin sayı 7 nəfərə çatıb

Fransanın Savoyya bölgəsində Alp dağlarında qar uçqununəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

"Sherg.az"APA-ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatında bildirilib.

Qeyd edəlib ki, ölənlər 42-76 yaş arasında olan turist qrupunun üzvləridir.

Hadisə yerinə jandarma qüvvələri, iki vertolyot və xüsusi öyrədilmiş itlər cəlb olunub.

Prefekturadan bildirilib ki, uçqun nəticəsində iki turist qrupu qarın altında qalıb.

"İlkin məlumata görə, dörd nəfər ölüb. Qarın altında qalanların olmadığına əminlik üçün axtarış davam etdirilir", - deyə prefektura "Twitter" səhifəsindən açıqlama verib.

Qar altında qalan bəzi turistlərin isə xəsarət almadığı bildirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu