Gündə neçə addım gəzmək lazımdır ki, erkən ölüm baş verməsin

Alimlər insanın gün ərzində atdığı addımlarının sayının ömür müddətinə təsir etdiyini sübut edib. Bəs gündə neçə addım gəzmək lazımdır ki, erkən ölüm baş verməsin.

Sherg.az "medicina.az"-a istinadən xəbər verir ki, Amerika tibb dərgisində gündəlik tələb olunan addımların sayı bildirilib.
Aparılan təcrübədə 4800 nəfər 40 yaşdan yuxarı vətəndaş iştirak edib.

Onlar 2003-2006-cı illərdə addımölçəndən istifadə ediblər. Yəni onların günlər üzrə atdığı addım avtomatik bu proqramda qeyd olunub. Sonra onların 2017-ci ilə kimi ölüm səbəbləri araşdırılıb.

Aydın olub ki, gündə 8000 addım müxtəlif səbəblərdən ölüm riskini 51% azaldır. 4000 və daha az addım atanlar daha erkən və müxtəlif ölüm səbəblərindən, daha çox ürək-damardan ölüblər.

Gündə 12 000 addım gəzənlərdə isə bu risk daha da azdır: 65%.

Bu addımlar təkcə ayrıca gəzintidə hesablanmır. Ümumiyyətlə insanın gün ərzində atdığı addımlar nəzərə alınır. Yəni evdən çıxıb işə gedib qayıdanda olan addım sayları da sayılır. Lakin ayrıca gündə daha asta, sakit tempdə açıq havada intensiv olaraq 4-5000 addım atanların ürək-damar sistemi daha dözümlü olur.

Ona görə yolunuz nə qədər uzaq olsa da, siz ayrıca parkda, bağda və ya təmiz havada 15-20 dəqiqə sakit tempdə gəzintilərə vaxt ayırmalısız.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu