Arılar koronavirusu saniyələr içində müəyyən edir


Hollandiyalı alimlər arılara koronavirusun qoxusunu almaları üçün təlim keçib. 

“Wageningen” Universitetinin bio-veterinar araşdırma laboratoriyasında 150-dən çox arı üzərində “Pavlovun iti” təliminə uyğun çalışmalar aparılıb. Və arılara koronavirusa enfektə olmuş (virusa bulaşmış) vizonlar qoxladılıb. Sherg.az “A Haber”ə istinadən xəbər verir ki, alimlər bunun sayəsində arıların koronsvirusu “tanıyacağına” və daha sürətli bir şəkildə məyyənləşdirə biləcəyinə ümid edir. Veterinarlıq neyroloqu Holger Volk, araşdırma ilə bağlı “Nature” dərgisinə verdiyi açıqlamada “heç kim heyvanların PCR aparatının yerini tuta biləcəyini iddai etmir, lakin bu çox ümidverici ola bilər” deyib. Bəs “Pavlov iti” təlimi nədir? Bu, psixologiyada ən məşhur sınaqlardan biridir. Nobel mükafatçısı rus fizioloq İvan Pavlov hər dəfə eyni səs çıxarıraq itlərə yemək verirmiş. Bir müddət sonra Pavlov  müşahidə edib ki, o səsi eşitdikdə itlərin ağzı sulanır. “Pavlov şərtləndirməsi” adlanan bu çalışma nəticəsində klassik şərtləndirmə olaraq bir təlim üsulu kəşf edildi. Daha sonra bu üsulun bir çox canlının ətrafdakılara uyğunlaşması üçün tətbiq edildiyi müəyyənləşib.  



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu