Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir

Bu gün Azərbaycanda sonuncu Qədr (Əhya) gecəsidir.

APA-nın məlumatına görə, sonuncu Qədr gecəsi Ramazanın 26-cı gününə, mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə Ramazanın 22-ci gününə, mayın 5-dən 6-na keçən gecəyə təsadüf edib.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu