Torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb


Papua-Yeni Qvineyanın qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində ən az 15 nəfər öldü.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli KİV-lərə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) istinadən bildirib.

Bildirilib ki, hadisə ölkənin Siquiri vilayətində baş verib.

Faciə yerində olan bir BQXK nümayəndəsi mədən yaxınlığında dağıntılar altında daha çox insanın ola biləcəyini istisna etmir.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu