Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 may Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib.

Sherg.az-ın xəbərinə görə, M.Əliyevanın instaqram hesabında yer alan mətndə deyilir:

"Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu