Ermənistanda virusa yoluxanların sayı 219 270-ə çatıb

Ermənistanda son sutkada koronavirusa 178 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 219 270-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 9 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 234 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 204 578 nəfər sağalıb. Hazırda 9 419 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu