9 may yalnız faşizim üzərində qələbə tarixi deyil, ideoloji tarixdir - Fazil Mustafa

"9 mayın ideoloji mənası həm də kommunizmin törətdiyi cinayətlərin izinin faşizimin törətdiyi cinayətlərin arxasında itirilməsi idi".

"Sherg.az" xəbər verir ki,  bu barədə millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb. 

Deputat bildirib ki, 9 may yalnız faşizim üzərində qələbə tarixi deyil. Bu əsasən ideoloji tarixdir: 

"Kommunizm faşizmdən daha təhlükəli bir ideoloji cərəyan olub. Faşizm insanın irqi əlamətə görə də olsa, mülkiyyət haqqını tanıyıb. Faşizm irqi əlamətə görə yəhudiləri amansızlıqla öldürüb. Kommunizm isə yəhudilərlə bərabər bütün millətlərin istedadlı insanlarını öldürüb. Hitler və Stalin - hər ikisi "ət maşını" prinsipi ilə işlədiyindən ilk öncə çox yaxın müttəfiq olublar.   Moskvada Alman diplomatları ilə danışıqlardan birində Stalin Yaponiya ilə müharibəyə hazır olduğunu bildirib. O, məmnuniyyətlə qeyd edib ki, Xalxin-Qolda gedən döyüşlərdə yaponlar ən azı 20 min insanı itiriblər. "Bu, asiyalılar tərəfindən başa düşülən yeganə dildir", — Stalin deyib. - Mən özüm də onlardan biriyəm və nə dediyimi bilirəm".

Deputat qeyd edib ki, onların bir-birinə simpatiyası sırf psixoloji uyğunluqla bağlı idi: 

"Almaniyanın təbliğat naziri Yozef Gebbelz gündəliyində bunu belə təsvir etmişdi: "Fürer Stalini bir kinofilmdə gördü və dərhal ona simpatiyası yarandı. Onda Almaniya-Rusiya koalisiyası başladı".

Ən maraqlısı da Hitlerin Stalin personası ilə bağlı söylədiyi idi:

"Rusiya üzərində qələbədən sonra, əlbəttə ki, alman hegemonluğu dövründə ölkənin idarə olunmasını Stalinə tapşırmaq daha yaxşı olardı. O, hər kəsdən daha yaxşı ruslarla mübarizə edə bilər…" Tarixə varislik bir çox məqamlarda yaxşı sayıla bilər, ancaq rusların aşırı stalinçiliyini anlamaq olduqca çətindir. Tarixin həm də qəribəlikləri var. Faşizmdən daha çox insan qanı tökmüş kommunizm üzərində qələbə gününü, yəni SSRİ-nin dağıldığı günü onlar nəinki qələbə günü olaraq qeyd edirlər, hətta xeyli sayda insan bunu arzuolunmaz tarix olaraq görür".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu