"Eurovision" geyimi müzakirələrə səbəb oldu 

Rusiyanı "Eurovision 2021" mahnı müsabiqəsində təmsil edəcək 29 yaşlı Manija Rotterdama yollanıb.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, müğənni "Ahoy Arena" məşq edib. "Russian Woman" adlı mahnı oxuyan Manija geyimi ilə diqqət çəkib.

Onun məşq prosesindən yayılan görüntülərində səhnə çıxışından çox libası müzakirə yaradıb. O, səhnəyə çıxarkən əvvəlcə böyük, rəngli paltarla çıxır. Daha sonra o, böyük paltarı soyunur və qırmızı tulumla görünür.

Qeyd edək ki, "Eurovision" mayın 18-dən 22-nə kimi keçiriləcək. Azərbaycanı "Mata Hari" mahnısı ilə müğənni Samirə Əfəndi təmsil edəcək.