68 il dustaq həyatı yaşadı: tanınmaz haldadır

Amerikada Co Liqon adlı şəxs 15 yaşında ömürlük həbs cəzasına məhkum edilmişdi.
"Sherg.az" "Hurriyet.com"a istinadən bildirir ki, C.Liqon təxminən 70 il sonra sərbəst buraxılıb.
Həbsxana həyatının Liqonun təbiətinə uyğun olduğunu söyləmək mümkündür. O, 68 ili dəmir barmaqlıqlar arxasında diqqət çəkmədən keçirə bilib. Liqon həbsdə olduğu illərdə keçirdiyi hisləri belə ifadə edib:
"Heç vaxt özümü tənha hiss etmirdim. Ancaq tək qalmağı seçdim. Bacardığım qədər tək qalmağa çalışdım. Həbsimdən azadlığa çıxana qədər bütün müddət həbsxanada tək bir kamerada idim.
Həbsxanada dostum yox idi. Çöldə də eynilə. Ancaq təmasda olduğum hər kəsə bir dost kimi davrandım. Heç kimlə münasibətim pis deyildi, problemim yox idi".
C.Liqon 13 yaşında olanda ailəsi ilə birlikdə Filadelfiyadakı bir fəhlə məhəlləsinə köçüb. Məktəbdə çətinlik çəkirdi. Nə oxuya, nə də yaza bilirdi. 1953-cü ilin cümə axşamı isə yanında olan insanları yaxşı tanımırdı:

"Ətrafdakı bir neçə nəfər qoşuldum. İnsanlardan içki almaq üçün pul istəməyə başladıq. O gecə pul vermək istəməyənlərdən 2 nəfə öldü, 6 nəfər isə yaralandı. Polislər ən birici məni tutdular. Həbsxanada olanda ailəmlə görüş imkanı verilmirdi. İlk vaxtlar buna çox əsəbləşsəm də, sonralar öyrəşdim. 68 ildən sonra həbsxanadan azad olmaq yenidən doğulmaq kimidir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu