Bakının xəbərdarlığından sonra ruslar geri çəkilib: "Parad baş tutmadı"

"Rusiya sülhməramlılarının Qələbə günü münasibətilə Xankəndidə planlaşdırılan paradı baş tutmadı".
"Sherg.az" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Feysbukda yazıb.
Analitik bildirib ki, paradın əvəzində 450 nəfərlik hərbçinin iştirakı ilə tədbir keçirilib: 

"Ardınca hərbi bazada Muradovun canlı, Şoyqunun videomüracətini dinlənilib. Bakının xəbərdarlığından sonra ruslar geri çəkilib deyə bilərik. Çünki paradın keçiriləcəyi haqda ilk informasiya yayılarkən, rus hərbçilərin Xankəndi hava limanında (Xocalı hava limanı) parad məşqi etdiyinin görüntüləri var idi.

Azərbaycan isə yalnız “sıra düzülüşü”nün ola biləcəyini açıqladı və belə də oldu. Njdenin heykəli ilə bağlı məsələnin açıq qalması da rusların geri çəkilməsinin səbəblərindən biridir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu