Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək


Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) milli döyüş təyyarəsi istehsal etmək istiqamətində fəaliyyətini genişləndirib. Bunun üçün təyyarənin ehtiyat hissələrini və mühüm avadanlıqlarının istehsalı ilə məşğul olan qurumlarla əməkdaşlıq ediləcək.

"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, Türkiyədə milli döyüş təyyarəsinin istehsalı 2030-cu ilə planlaşdırılıb. Bildirilir ki, bu sahədə ASELSAN şirkətinin (Elektronik Sənaye və Ticarət A.Ş.) imkanlarından istifadə olunacaq. Bu istiqamətdə cari ildə TUSAŞ və ASELSAN arasında anlaşma imzalanacağı gözlənilir. Qeyd edilir ki, Türkiyə tam elektron sistemlərlə təchiz olunacaq 5-ci nəsil hərbi döyük təyyarəsi düzəldən ölkələr arasında yer alacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu