Çayda tapdıqları nəhəng sümüyün Buz dövrünə aid  olduğu ortaya çıxdı


ABŞ-ın Florida əyalətində dalğıclar 1,2 metr uzunluğunda və 22,7 kiloqram ağırlığında olan nəhəng bir sümük tapıblar. Əyalətdəki Peace çayından Derek Demeter və Henry Sadler adlı iki dostun çıxardığı sümüyün bir mamonta aid olduğu bildirilib.

Seminole Dövlət Universitetinin planetarium direktoru (göy cisimlərinin süni şəklinin xüsusi bir reflektorla günbəz şəklində tavana əks etdirildiyi salon) Demeter o anları belə izah etdi:

"Henry mənim dalğıc dostumdur. Dalış zamanı məni çağırdı və dedi: "Aman tanrım! Hey Derek. Bir şey tapdım" dedi və "Bu, həqiqətən gözəl idi."

İki dost, Floridanın cənub-qərbində mütəmadi olaraq dalış etdiklərini və əvvəllər bu çayda mamont dişləri tapdıqlarını bildiriblər.

Fox35-in verdiyi məlumata görə, dalğıclar ayaq sümüyünü kəşf etdikləri gün, nəsli kəsilmiş köpəkbalıqlarına aid bir neçə kiçik fosili və qılınc dişli pişiyə aid bir diş də tapıblar.

Quma basdırılmış halda tapılan sümüyün Kolumbiyalı bir mamonta (Mammuthus columbi) aid olduğu təxmin edilir.

Sümüyün yaşı bəlli deyil, amma Kolumbiyalı mamontların Amerika qitəsində 2,6 milyon il əvvəl başlayan və 11,700 il əvvəl başa çatmış buz dövründə gəzdikləri bilinir.

Bugünkü ABŞ-dan Kosta Rikaya qədər uzanan ərazilərdə yaşayan Kolumbiyalı mamontların təxminən 500.000 il əvvəl yunlu bir mamont və başqa bir mamont soyunun birləşməsi ilə ortaya çıxdığı təxmin edilir.

Əlavə olaraq, 2011-ci ildə elm adamları, Florida'nın cənub-şərqindəki Vero çimərliyində tapılan fosillərin təqribən 13 min il əvvəl mövcud olduğunu təsbit etdiblər.

Yeni sümüyün bud sümüyü olduğu təxmin edilir. Aid olduğu heyvanın 2.25 metr boyunda və 10 min kiloqram ağırlığında olduğu düşünülür.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu