KİV: Yaponiyada kimyəvi zavodda partlayış olub, 4 nəfər xəsarət alıb

Yaponiyanın Fukusima əyalətinin İvaki şəhərində yerləşən kimyəvi zavodda partlayış baş verib.

APA “NHK” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Partlayışdan sonra müəssisədə yanğın baş verdiyi bildirilib. Hadisə yerinə xilasetmə briqadaları və polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, zavod kosmetik sənayesi üçün sink tozu istehsal edən “Sakai Chemical Industry” şirkətinə məxsusdur.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu