İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb

Şərqi Qüdsdə İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarda yaralanan fələstinlilərin sayı 612 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Al-Quds qəzeti Fələstin Qızıl Aypara cəmiyyətinin nümayəndəsinə istinadən bildirib.

Bildirilib ki, gün ərzində Qüdsün Məbəd Dağı və Köhnə şəhər ərazisində ən az 612 fələstinli yaralanıb.

Qeyd edək ki, qəzetin axşam saatlarında verdiyi məlumata görə, İsrail hüquq-mühafizə orqanları əl-Əqsa məscidində ibadət edənləri zorla qovub. Məlumata əsasən, İsrail polisi onları gözyaşardıcı qaz, rezin güllələr və səs bombası istifadə edərək zorla Əl-Əqsən məscidini tərk etməyə məcbur edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu