UEFA Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək


UEFA Çempionlar Liqasında 2020/2021 mövsümün final oyununun yeri Türkiyənin İstanbul şəhərindən alınıb.

“Report” xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter səhifəsində yazıb. O bildirib ki, bununla bağlı rəsmi qərar bir neçə saat ərzində açıqlanacaq.

Bundan əvvəl UEFA Çempionlar Liqasının final oyununun Türkiyənin İstanbul şəhərindən alınacağı ilə bağlı xəbərləri şərh etməmişdi.

İngiltərənin “Çelsi” və “Mançester Siti” klublarının üz-üzə gələcəyi həlledici görüşün London və ya Lissabonda baş tutacağı deyilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu