Göyçayın Bığır kənd sakini intihar edib


Göyçay rayon sakini özünü öldürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 6:00 radələrində rayonun Bığır kənd sakini, 1970-ci il təvəllüdlü Zeynalov Aqil Sırac oğlu yaşadığı evin həyətindəki alça ağacından özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas edə bilməyiblər. Üç uşaq atası Aqil Zeynalovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu