Ermənistan prezidenti erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb

İyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçiriləcək.

APA-nın xəbərinə görə, bununla əlaqədar Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb.

Qeyd edək ki, Ermənistan parlamenti ikinci cəhddə də baş naziri seçməyə müvəffəq olmayıb. Konstitusiyaya əsasən, bundan sonra parlament buraxılır və yeni seçkilər təyin edilir.

Xatırladaq ki, daha əvvəl parlament çoxluğu ilə müxalif fraksiyalar arasında formal səsvermə zamanı namizədin təsdiqlənməməsi ilə bağlı razılaşma əldə edilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu