Şok: Bu qadın hər il hamilə olur: Hələ ki, 11 uşağı var    

Balaca uşaqlar özlərindən böyük olanların paltarını geyinirlər

ABŞ-da yaşayan Courtney Rogersin həyatı heç də asan deyil. 
"Sherg.az" "Hurriyet.com"a istinadən xəbər verir ki, 36 yaşlı qadının 11 uşağı var.
Uşaqların 6-sı oğlan, 5-i qızdır. Gündəlik həyatını sosial mediada paylaşan Rogersin minlərlə izləyicisi şəkillərini bəyənir. İzləyiciləri qadının planını eşidəndə heyrətə gəliblər. Çünki Rogersin hədəfi 12 -ci uşağı dünyaya gətirərək 14 nəfərlik ailəyə sahib olmaqdır.
Böyük bir fermada yaşayan Courtney və əri Kris uşaqlarını məktəbə göndərmək əvəzinə evdə təhsil almaqlarına qərar veriblər. Ailənin evdən çıxıb istənilən yerə getmək üçün 15 nəfərlik mikroavtobusdan istifadə etdikləri deyilir. Cütlüyün 11-ci övladı keçən ilin noyabr ayında dünyaya gəlib. Uşaqların evdə təhsil almaqları üçün ayda 1200 dollar xərclənir.
Roger ailəsi xərclərinin çox olması səbəbindən çöldə yemək yemirlər. Balaca uşaqlar da özlərindən böyük olanların paltarını geyinirlər.
Ailəsini görən insanların onu tənqid etdiyini və bu qədər uşağa baxmasının mümkünsüz olduğunu söyləyən qadın bu fikirlərlə razılaşmır və hər uşağa ayrı-ayrılıqda qulluq etdiyini söyləyir.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu