Tutuquşuya işgəncə verib öldürən “MasterChef'” oyunçusu... Yenə gündəmdədir!

“MasterChef'” oyunçusunun işgəncə verdiyi tutuquşunun ölməsi xəbəri sosial median silkələyib. Söhbət  Türkiyənin məşhur və ən çox izləyici kütləsi toplayan “MasterChef'” yarışma proqramının bir müddət iştirakçısı olmuş Murad Özdəmirdə gedir.

Murad Özdəmir aqressiv davranışları, əsəbi halları, proqramın tələb və şərtlərinə, oyun qaydalarına, hətta münsiflər heyətinin xəbərdarlığına  da məhəl qoymaması səbəbiylə  yarışdan kənarlaşdırılmışdı.  Murad Özdəmir yarışmadan kənarlaşdırıldıqdan sonra evdə saxladığı “Bəxtiyar” adı verilmiş tutuquşuya  işgəncə verdiyi görüntüləri yayıldı.  Həm də bu görüntüləri Murad özü yaymışdı.



Bu da sosial mediada uzun müddət gündəm oldu. Sherg.az “Sabah.com”a istinadən xəbər verir ki, M.Özdəmirin yaydığ video-görüntülərdə tutquşunun necə əzab çəkdiyi, sanki kömək diləyərək çığırtı qopardığı səhnələr izləyənlərin ürəyini dağlayırdı. Bu görüntülərdən sonar M.Özdəmir polis tərəfindən saxlanılmış və ədliyyəyə təslim edilmişdi. Dizi yerindən çıxmış, başında toxuma zədələnməsi olan tutuquşu isə xəstəxanaya aparılsa da, orada ölmüşdü.  M.Özdəmir psixiatrik xəstəxanada bir müddət müalicə aldıqdan sonra  “MasterChef'-in layihə rəhbəri Acun İlıcalıdan və heyvan haqları müdafiəçilərindən üzür dilədi. Acun İlıcalı isə sosial mediada bu sözləri paylaşmışdı: “Heyvanlara zülm edənləri lənətləyirəm. uca ədalətin insanlığın bu üz qaralarını gərəkən şəkildə mühakimə edəcəyinə ianıram”. 
İndi isə Murad Özdəmirin yeni videolar paylaşır. Bişirdiyi yeməklərin fotolarını, bişirmə prosesinin videolarını sosial media üzərindən yayır. Və hazırkı görkəmi ilə yenə diqqət çəkir; 48 yaşlı aşbaz saçlarını xeyli uzadıb, saqqal saxlayır. Şəklini görənlər onu tanımaqda çətinlik çəkir.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu