5 korona xəstəsindən biri azyaşlıdır: Peyvəndlənmə şərtdir

Uşaqlar arasında koronavirusa yoluxma hallarında artım müşahidə edilir. Bu durum uşaqların da koronavirusa qarşı tez bir zamanda peyvənd olunmasını şərtləndirir. Belə bir açıqlama ilə türkiyəli professor Sırrı Bektaş çıxış edib.

Sherg.az “Milliyyət.com”a istinadən bildirir ki, S.Bektaş bu barədə "CNN Türk"ə danışıb. “5 xəstədən birinin azyaşlı olduğunu görürük.  Zənnimcə, 2 yaşından etibarən, hətta düşünürəm ki, 6 aydan sonra  bütün  uşaqların peyvəndlənməsi lazımdır” deyən S.Bektaş  qeyd edib ki, ABŞ Pediatrlar Akademiyasının  yayınladığı son məlumata görə, yeni tip koronavirusa (Covid-19) yoluxma sayı uşaqlar arasında 1 il ərzində 8 dəfə artıb. Türkiyədə də ciddi  artım sayı müşahidə edilir. Pandemiyanın ilk vaxtlarında 100 yoluxmadan bəlkə 1-i uşaqlarla bağlı idisə, indi nəzərəçarpan yüksəliş var.  Yoluxma sayı 100-də 1-2-dən, 100-də 20-yə yüksəldi. Bu səbəbdən narahatlıqlar təbiidir. S.Bektaş təəssüflə qeyd edib ki, koronavirusdan  həyatını itirmiş uşaqlar da var. Professor ümidverici mənzərənin əsasən uşaqların xəstəliyi yüngül keçirməsiylə bağlı olduğunu deyib. Uşaqların bir qismi xəstəliyi əlamətsiz keçirir, yaxud da yüngül keçirir.  Professor yoluxmadan 2-6 həftə sonra bəzi əlamətlərin üzə çıxdığını deyib: “kiminin ürəyinə, kiminin bağırsağlarına, kiminin də beyninə təsir edir.  Bu halda uşaqların xəstəxana şəraitində müalicə olunması vacibdir”. S.Bektaş hazırda istifadə edilən peyvəndlərin uşaqlara da vurulmasını məsləhət görür. 

Həkim-pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamsında uşaqar arasında koronavirusa yoluxma sayında ciddi artımın olmadığını bildirdi: 

- Hələ uşaqlar arasında ciddi statistika yoxdu dünyada. Amma uşaqlar üçün xüsusi vaksin hazırlanır. İstifadəsinə başlanarsa biz də fikrimizi bildirərik.