Mehriban Əliyevadan Şuşada“Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım  - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada“Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım edib.
"Sherg.az"xəbər verir ki, M. Əliyevanın rəsmi “Instagram” hesabından etdiyi paylaşımda deyilir:
"Əziz bacılar və qardaşlar!
Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu