Sumqayıtda ağaclar kəsildi: İcra hakimiyyəti məsələyə qarışdı


Sumqayıt şəhərində müxtəlif cinsli ağaclar kəsilib.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə saatlarında şəhərin 30-cu məhəlləsində baş verib.

Məsələ barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti açıqlama verib.

Qurumdan saytımıza verilən məlumata görə, Sumqayıt şəhər 30-cu məhəllə ərazisində ağacların kəsilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə məlumat daxil olub:

“Ağac kəsən şəxsin aşkar olunması və hadisəyə hüquqi qiymət verilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara məlumat verilib”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu