400 il əvvələ aid kəpənək... - Görün haradan tapıldı + FOTO

İngiltərənin Kembric Universitetindəki kitabxanada köhnə bir kitabın içərisində təxminən 400 il öncəyə aid kəpənək tapılıb.
"Sherg.az" xarici mediaya istinadən bildirir ki, kəpənəyi kitabın arasına kimin yerləşdirdiyi məlum deyil.
Mükəmməl qorunan nümunə İngiltərənin ən qədim böcək kitabının arasından, 1634-cü ildə nəşr olunan "Böcəklər Teatrı" nüsxəsindən tapılıb. Mütəxəssislər bildirir ki, kəpənək kitabın səhifələri arasına qoyulduğu gündən indiyə qədər rəngarəng olaraq qalıb.
Kəpənək "Trinity Hall" kitabxabasının baş kitabxanaçısı Cenni Leki tərəfindən tapılıb. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu