Pişikdən qorxan imperatorlar.... - Tarixi fakt!

Dünyada hamının təəccübləndirəcək bir çox qorxular - fobiyalar var. 
“Sherg.az” xəbərinə görə, bu cür qorxu növlərindən biri də aylurofobiya – pişikdən qorxma xəstəliyidir. 
Bəzi adamlar çox sevimli olan bu ev heyvanlarını görən zaman sanki dəhşətə gəlirlər. 
Hətta dünyanın nəhəng şəxsiyyətləri - sərkərdələri, diktatorları belə bu fobiyanın daşıyıcıları olublar. 

Dünyanın yarısını işğal edən Makedoniyalı İsgəndər, Roma İmperatorluğunun güclənməsinin əsas səbəbkarı olan Yuli Sezar, Fransa kralları III Henri, XIV Lüdovik, orta əsrlərdə Mərkəzi Asiyanın şəksiz lideri Çingiz xan, XX əsrə qan udduran diktatorlar Adolf Hitler, Benito Mussolini, Lavrenti Beriya da pişikdən qorxanlar sırasındadırlar.
 
Fransa imperatoru Napoleon Bonapart 6 aylıq ikən dayəsi hərdən onu evdə tək qoyarmış. Bu zaman evdə olan iki pişik altı aylıq uşağa tərəf gələr və obnunla oynayarmışlar. Təbii ki, 6 aylıq uşaq bu zaman psixoloji sarsıntı keçirib və bu onda patoloji fobiyaya çevrilib. Düşmən qılıncından, silahından zərrə qədər qorxmayan Napoleonun pişik görən kimi halı dəyişərmiş. 
Onun bu zəif damarından düşmən tərəf cəmi bir dəfə istifadə edir. İngilis komandan qoşunun bir hissəsinə 70 pişik əlavə edərək Napoleonun üzərinə göndərir. Məşhur sərkərdəyə bu üsulla psixoloji basqı edilir və o ağır durumdan çıxmaqda çətinlik çəkir. Beləliklə, ingilis ordusu pişiklərin sayəsində Napoleona qalib gəlir.
 
XX əsrin ən qəddar simalarından olan Adolf Hitler də pişikdən qorxub. Hitler ömrü boyu pişiklərdən qaçıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu