"Liverpul"un futbolçusu Avropa çempionatından imtina etdi


Liverpulun futbolçusu Avropa çempionatından imtina etdiVircil van Deyk
İngiltərənin "Liverpul" klubunun və Hollandiya milli komandasının futbolçusu Vircil van Deyk Avropa çempionatına yollanmaqdan imtina edib.

"Report"un məlumatına görə, 29 yaşlı müdafiəçi qərarını zədədən sonra bərpa dövrü keçməsi ilə əlaqələndirib. Van Deyk Avropa çempionatında oynamayacağına üzüldüyünü və çətin, amma düzgün qərar qəbul etdiyini vurğulayıb. O, növbəti mövsümün hazırlıqlarına köklənəcəyini bildirib.

Qeyd edək ki, Vircil van Deyk ötən ilin oktyabrında "Everton"la Premyer Liqa qarşılaşmasında xaçabənzər bağlarından zədə alıb. Avropa çempionatı iyunun 11-də start götürəcək. UEFA van Deyki 2019-cu ilin ən yaxşı futbolçusu seçib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu