Lavrov aydınlıq gətirmədi:“"İskəndər- M" və separatçılarının tərkisilah edilməməsi...”

Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri baş tutub. Səfər zamanı ikitərəfli və regional məsələlər müzakirə edilərək Qarabağdakı vəziyyətə xüsusi diqqət ayrılıb.
Məlumdur ki, rusiyalı nazirin paytaxtımıza gəlişi xüsusi gözlənilirdi. Çünki Azərbaycan tərəfinin cavabsız qalan sualları çox idi. Məhz Lavrovun Bakıya gəlişi ilə həmin sualların ona ünvanlanacağı planlaşdırılırdı. Bəs Rusiya XİN başçısının ölkəmizə səfəri nə ilə yekunlaşdı, istədiyimiz cavabları ala bildikmi?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Lavrovun əvvəlki səfəri necə idisə, bu dəfə də elə yekunlaşdı:

"Əsas məqsəd tərəfləri sakitləşdirmək idi. Bizim xeyrimizə heç nə deyilmədi. Tam əksinə Lavrov Bakıda dolayısı ilə ermənilərin mövqeyini müdafiə etdi. Ona görə də gələcək addımlarımıza baxmalıyıq. Yenə də Rusiya ilə bağlı xeyli suallarımız var. "İskəndər- M" raketləri, erməni separatçılarının tərkisilah edilməməsi. Təəssüf ki, Lavrov bu məsələlərə aydınlıq gətirmədi".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu