Azərbaycanda bir gündə yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 328 159 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 13 662 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 155, bu günə qədər isə ümumilikdə 3 353 167 test icra olunub.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu