Nadirdən Rəqsanəyə: "Başını aşağı sal, balalarını böyüt"

Müğənni Rəqsanə İsmayılovanın başlatdığı qalmaqal səngimək bilmir. Rəqsanənin dedikləri hələ də müzakirə doğurur. Onun toy üçün Moskvaya yollanan həmkarları haqda səsləndirdiyi "Sizə görə əlimizə mikrofon almağa utanırıq" fikirlər tənqid olunub.    
"Sherg.az"  xəbər verir ki, müğənni Nadir Qafarzadə sosial şəbəkələrdə səhifələrdən birində rəy yazaraq Rəqsanəni müdafiə edib:
"Başı bəlalı Rəqsanə, əslində sən pis adam deyilsən. Başını aşağı sal, balalarını böyüt. Uğurlar sənə. Bu qızın üstünə çox getməyin, ey insanlar. Bir Rəqsanəmiz var onu olduğu kimi qəbul edin. O qadındır, anadır, övladdır və həyat yoldaşıdır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu