""Xarıbülbül" festivalı revanşist qüvvələrə xəbərdarlıqdır"

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı baş tutdu və festival sabah da davam edəcək. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan festivalda iştirak ediblər.

Konsertdə Azərbaycanda yaşayan müxtəlif millətlərin xalq mahnıları, milli musiqimizin inciləri təqdim olundu və bu mənzərəni hər birimiz qürurla, fərəhlə izlədik.

“Sherg.az”la həmsöhbət olan xalq artisti Rasim Balayev də “Xarıbülübül” musiqi festivalını yüksək qiymətləndirib:

“Əlbbəttə yaxşıdır. Məni də dəvət etmişdilər. Səhhətimlə bağlı gedə bilmədim. Şuşa bizim mədəniyyət paytaxtımızdır. Hər il orada “Xarıbülbül” festivalı keçiriləcək. Qürur duyuruq. Çünki vaxtilə o yerlərə həsrət idik. İndi isə gedirik, festivallar təşkil edirik. Eşitdiyimə görə, yaxın zamanda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da Qarabağa gələcək. Bu, bütün dünyaya, bəzi revanşist adamlara xəbərdarlıqdır ki, artıq siz deyən olmayacaq. Azərbaycan xalqı daim ayıq olacaq. Onların yaltaq hərəkətlərinə fikir verməyəcək. Biləcəyik ki, həmin şəxslər düşmənin yanındadır. Daim ərazi bütövlüyümüzü qoruyacağıq. Azərbaycanın toxunulmazlığı və torpaqları özündə qalacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu