Son dəqiqə! Fələstinlilərə “zəhərli qaz” şübhəsi... - Ölənlər var!


İsrail polisinin Şərqi Qüdsdə fələstinliləri evlərindən zorla köçürməyə cəhd nəticəsində bölgədə alovlanan münaqişə davam etməkdədir. “Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailin mühasirədə saxladığı Qəzza Şəridiyə silahlı müdaxiləsi davam edir. Son dəqiqə xəbərinə görə, indiyədək 83 nəfər ölüb, 400-dən artıq yaralı var. Sağçı israillilər ərəblərə və onlara aid iş yerlərinə təşkil etdikləri hücumlar yerli televiziya vasitəsilə yaymlanıb.  İsrail ordusunun sözçüsü Jonathan Conricus İsrail ordusunun Qəzza Şeridə piyada hərəkatı hazırlıqlarına başladığını deyib. Fələstin Səhiyyə Nazirliyi bu gün yaydığı açıqlamasında həyatını itirmiş bir qrup fələstinlinin zəhərli qazla öldürüldüyünə dair şübhələrin olduğu qeyd edilir.  Qəzzadakı “Şəfa” xəstəxanasına gətirilən fələstinlilər arasında zəhərli qazdan ölənlərin olması ehtimalı var. Nazirlik zəhərli qazdan öldüklərinə dair şübhələr olan insanların cəsədlərindən alınmış nümunələrin tibbi ekspertizaya göndərildiyini açıqlayıb.  
Bu arada ABŞ prezidenti Co Baydenlə  İsrailin baş naziri Netanyahu arasında  telefon danışığı olub.  Telefon danışığı zamanı C. Bayden dinc əhali arasında itkilərə səbəb olan gərginliyin qısa zamanda sona çatmasını arzuladığını söyləyib. Fələstin lideri Mahmud Abbas isə kameralar önündə bunu deyib: “Amerika və İsrailə səslənirəm. Bezdik artıq! Buraxın yaxamızı! Bizdən uzaq olun!”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu