Nazilə Şəbnəmə "ilişdi": "Tanış olun, Hacının qoludur" - Video

Şairə Nazilə Səfərli İnstaqram səhifəsində paylaşdığı videoda müğənni Şəbnəm Tovuzluya replika atıb. Nazilə həyat yoldaşı Hacının üzünü göstərməyən, daim qolu və əlinin fotosunu paylaşan müğənniyi təqlid edib. 

"Sherg.az" xəbər verir ki, N.Səfərli Hacı Məhəmməd adlı dostu ilə iftar süfrəsində video çəkib. Bu zaman onun qolunu kameraya göstərən şairə "Tanış olun Hacının qoludur" deyib. Bu da ağıllara müğənni Ş.Tovuzlunu gətirib. Şairənin videosu sosial şəbəkələrdə marağa səbəb olub. O həmçinin "Qardaşımla zarafat etmişəm. Artıq-əskik yazmayın" qeydini əlavə edib. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu