“Google” İtaliyada cərimələndi

İtaliya Rəqabət və Ticarətə Təminat Qurumu (AGCM) bazarda üstün mövqeyindən sui-istifadə etdiyinə görə “Google” şirkətinin bölmələrinə qarşı cərimə tətbiq edib.
“Report” xəbər verir ki, qurumun açıqlamasına görə, “Alphabet İnc.”, “Google LLC”, “Google İtaly S.r.I.” şirkətləri Avropa İttifaqının fəaliyyətinə dair sazişinin 102-ci maddəsinin tələblərini pozduqları üçün 102.084.433,91 avro məbləğində cərimə olunur. Bu cərimənin “Google Play” rəqəmli satış portalına elektromobillər üçün doldurma məntəqələrinin axtarış tətbiqi yeklənməməsinə görə tətbiq olunduğu bildirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu