Kreml: Rusiya Donbass ərazilərini öz ərazilərinə birləşdirməyi planlaşdırmır

Rusiya Kiyevin nəzarətində olmayan Donbass ərazilərini öz ərazilərinə birləşdirməyi planlaşdırmır. APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Rusiya tərəfinin tanınmamış Donetsk və Luqansk xalq respublikalarını guya öz ərazilərinə birləşdirmək niyyətində olması barədə bəyanatını şərh edərkən bildirib.
"Rusiya heç kəsin ərazisini özünə birləşdirməyi planlaşdırmayıb və planlaşdırmır. Heç vaxt bununla məşğul olmayıb", - deyə Kremlin sözçüsü vurğulayıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu