“Covid-19”un daha bir təsiri üzə çıxdı: Görmə qabiliyyətlərini itirirlər    

Hindistanda yayılmaqda davam edən “Covid-19” səbəbindən bəzi xəstələr “qara göbələk” səbəbiylə görmə qabiliyyətlərini itirirlər. "Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, göz cərrahı Dr. Akşay Nair üç həftə əvvəl “Covid-19” yoluxmuş və  sağ qalmış 25 yaşlı bir qadını əməliyyat edib. Diabetli qadının əməliyyatına göz, burun və boğaz mütəxəssisi də cəlb edilib. Mukormikozdan təsirlənən toxumalar qadının burnuna qoyulmuş bir boru ilə çıxarılıb. Həkim qeyd edib ki, bu nadir, lakin ölümcül aqressiv göbələk infeksiyası burun, göz və bəzən beyinə çox ciddi təsir göstərir. Dr. Akşay Nair 3 saat davam edən əməliyyatdan sonra xəstəsinin gözünü çıxarmaq məcburiyyətində qaldıqlarını bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu