Bu il Qurban bayramı hansı tarixə təsadüf edəcək? - AÇIQLANDI

Ramazan bayramını qeyd edən müsəlmanların növbəti gözləntisi Qurban bayramıyla bağlıdır. Məlumdur ki, Qurban bayramı islam dünyasının 2 əsas bayramından biridir. 2021-ci ildə Qurban bayramı hansı tarixə təsadüf edəcək?
"Sherg.az" xəbər verir ki, Türkiyə mediasında yer alan məlumata görə, bu il Qurban bayramı 20 iyul (bayram günləri 20-21-22-23 uyul) tarixinə təsadüf edə bilər. 19 İyul isə Ərəfə günü olacaq. 
Qurban bayramı müqəddəs “Qurani-Kərim”də  adı keçən, ibadət edilməsi, qurban kəsilməsi imkanı çatan müsəlmanlara vacib buyurulan əməldir.