Türkiyədə bu gün COVID-19-dan 238 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 238 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 201 min 295 nəfər test edilib, onlardan 11 min 534-nün koronavirus testi pozitiv nəticə verib, 55 min 472 nəfər sağalıb, 2 min 765 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 821 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 83 min 996 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 856 min 763 nəfəri müalicə olunaraq evə buraxılıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu