ABŞ İsraildən 120 nəfəri evakuasiya edib

Amerika rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.

“Report”un məlumatına görə, bunu “ CNN” televiziyasının jurnalisti Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün tvitterində yazıb.

Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarə ilə İsrail ərazisini tərk edib. Onlar Almaniyaya aparılıblar.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu