"Liverpul" "Mançester Yunayted"ə səfərdə qalib gəldi

İngiltərə Premyer Liqasında XXXIV turun daha bir mərkəzi görüşü "Mançester Yunayted" və "Liverpul" komandaları arasında keçirilib.

Sportnet.az-ın məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 10-cu dəqiqədə meydan sahiblərindən Brunu Fernandeş açıb. 34-cü dəqiqədə Dioqu Jota bərabərlik qolunu vurub. 45+3-cü və 47-ci dəqiqələrdə Dioqu Jota fərqlənərək, dubl edib. 68-ci dəqiqədə Markus Reşford fərqi azaltsa da, 90-cı dəqiqədə Məhəmməd Salah yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xalını 50-a çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. "Mançester Yunayted" isə 70 xalla 2-ci pillədə qalıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu