ABŞ-da peyvənd olunanlar tibbi maska taxmayacaq

ABŞ-da yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunan şəxslərin daha tibbi maska taxmasına və sosial məsafə gözləməsinə ehtiyac yoxdur.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Roşel Valenski deyib.

Eyni zamanda, artıq peyvənd olanların təyyarələrdə, qatarlarda, avtobuslarda tibbi maska ​​taxmaqları vacibdir. Xəstəxanalar, qocalar evləri və həbsxanalar kimi bir sıra qurumlara da daxil olarkən tibbi maska lazımdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu