Partiya sədri: "Qara göl və ətrafındakı ərazilər ordumuzun nəzarətindədir"

"Qara göl və ətrafındakı ərazilər ordumuzun nəzarətindədir".
"Sherg.az" xəbər verir ki, bunu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. 
Partiya rəhbəri qeyd edib ki, nəhayət itirdiyimiz torpaqlarımızı geri qaytarırıq: 

"O ərazilər Laçın rayonuna aiddir. Ermənilər vaxtilə sovet dönəmində ələ keçirmişdilər. İndi yenə şivən qaldırıblar. Əllərindən gələn budur. "Əzabkeş", "yazıq" qiyafəsinə girərək dünyadan imdad umur, Azərbaycan Ordusunu dayandırmağa çalışırlar. Xüsusən Zəngəzur tərəfdən çox narahatdırlar. Çünki bu bölgənin onlara aid olmadığını çox yaxşı bilirlər. Zəngəzurun Azərbaycan torpağı olduğunu biz də çox yaxşı bilirik, bizə aid olan nə varsa geri qaytarmalıyıq və qaytaracağıq. Düşmənə heç bir güzəşt ola bilməz..".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu