Ortada xəritə var! "Bir millimetr ərazimiz belə Ermənistanda qalmayacaq"

"Erməni hərbçiləri Qərbi Zəngəzur və Göyçədən  İrəvana qədər qaçmaqdadırlar".
Bunu "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 
Analitik bildirib ki, Sergey Lavrov bir qədər əvvəl Ceyhun Bayramova təcili zəng etdi: 

"Mövzu Azərbaycan ordusunun erməni hərbçilərini ərazilərdən qovmasıdır. Hazırda İrəvan qorxudan KTMT yə müraciət etmək istəyir. Lakin, ortada SSRİ-nin son hərbi kartları var.

Həmin kartlarda Azərbaycan və Ermənistan sərhədləri dəqiq göstərilir. Əsgərlərimizin də yerləşdikləri  ərazilər bizim ərazilərdi. 1990-cı illərin əvvəlləri SSRİ dağılarkən Zəngəzurun bir sıra bölgələrində bizim ərazilərimizi öz ərazilərinə daxil edən Ermənistan 44 günlük müharibənin nəticəsi kimi bütün işğal etdiyi əraziləri qaytarmalı olduğunu həzm edə bilmir. Ortada yuxarıda qeyd edilən hərbi xəritə var. Bir millimetr ərazimiz belə Ermənistanda qalmayacaq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu