Paşinyana ciddi mesaj 



Ermənistandakı xaotik durum davam etməkdədir. “Qarabağ klanı”nın üzvləri, o cümlədən keçmiş liderlər Köçəryan, Sarkisyan revanşist bəyanatlar səsləndirirlər. Hazırda iqtidarda olan baş nazir Nikol Paşinyan isə böyük səylə iyun ayındakı seçkilərə hazırlaşır. Və qəribədir ki, hər iki tərəf “Böyük Ermənistan” vədi verir...

 Siyasi analitik Rusif Məmmədsoy düşmən ölkədəki vəziyyəti “Sherg.az”a şərh etdi:

“Robert Köçəryanın mitinqi zamanı İrəvanda böyük kütlə toplaşıb. Bu Paşinyana da ciddi mesajdır. Seçki zamanı Paşinyanın reytinqi yenə də digərlərindən üstün hesab edilir. Amma Köçəryan keçmiş “Qarabağ Klanı”nın üzvlərini koalisiyaya dəvət edib. Bu isə o deməkdir ki, başı boş erməniləri idarə etmək çox asandır. Sadəcə bir cümlə kifayət edir: “Biz Qarabağa qayıdacağıq. Şuşaya qayıdacağıq”.  Ancaq özlərinə sual versinlər ki, biz nə ilə, kim ilə mübarizə aparacağıq?! Xəstə cəmiyyət sağalmaq istəmir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu