Ağadadaş Ağayevdən XƏBƏR VAR: "Əməliyyatı 5 saat davam etdi" 

Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayevdən xəbər var. 
"Sherg.az" xəbər verir ki, onun son durumu haqda aparıcı Hacı Nuran məlumat yayıb. O A.Ağayevin yaxşı olduğunu söyləyib:
"Ağır əməliyyat 5 saat davam etdi. 5 saat gözüm o ağ qapıda qaldı. Çox dua etdim. Tək deyildim, qardaşımın xanımı da mənimlə idi. Təkcə omu? Bütün Azərbaycan xalqının dualarını hiss edirdim. Bu diləklər çin oldu. Ağadadaş Ağayev beş saatlıq əməliyyatdan sağ-salamat çıxdı. Düzdür ağır idi, amma o bunun da öhdəsindən gəldi. Geriyə uzunmüddətli müalicə qalır."

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu