Belə heykəl görməmisiniz: Qarpız içində uşaq

Diyarbəkir hava limanı Yonca Qovşağında yerləşdirilmiş maket-heykəllər - “yallı gedən folklor qrupu”,  “qarpız içində uşaq”, “sinidə kadayıf (türk mətbəxinə məxsus şirniyyat –red.)  daşıyan adam” və “həsir bilərzik” əhalinin təpkiləri əsas alınaraq götürülüb. Bu barədə “Milliyet.com”  məlumat verib. Məlumatda bildirilir ki, Diyarbəkir bələdiyyəsi maket-heykəllərlə bağlı bitmək bilməyən müzakirələrə onları yerləşdirildikləri yerlərdən qaldırmaqla son qoymaq istəyib.  Ən çox da “qarpız içində uçaq” maket-heykəli təpkilərə səbəb olubmuş. Görənlər deyirmiş ki, qarpızın içindəki usaga deyil, daha çox yetişkin çinli bir adama oxşayır.  Bələdiyyə də müzakirələri bitirmək istəyib, lakin bu dəfə də maket-heykəllərə nə qədər vəsait xərcləndiyi müzakirələri açılıb.  Maket-heykəllərə 4 milyon lirə vəsait xərcləndiyi xəbəri yayılıb. Bələdiyyə yazılı açıqlamasında bu məlumatın yalan olduğunu, 4 milyon 412 min 835 TL-nin ümumilikdə 170 min kvardat metrlik bir ərazidə aparılan təsərrüfat, yaşıllaşdırma, su-drenaj və s. işlərə sərf olunduğunu qeyd edib. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu