Rəsmi Bakıdan İrəvana çağırış: “Regionda vəziyyəti gərginləşdirməyin”


Azərbaycan ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi üçün tədbirlər görür və bu fəaliyyətlər xəritələrdən istifadə edilərək həyata keçirilir.

Bu sözləri “Anadolu” agentliyinə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

O, erməni tərəfinin təxribat xarakterli açıqlamalarının ölkədəki seçkiqabağı vəziyyətlə əlaqəli olduğunu vurğulayıb.

L.Abdullayeva erməni siyasi və hərbi dairələrinə təlaşa düşməməyi tövsiyə edib:

“İrəvan rəhbərliyinə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrində Azərbaycanın sərhəd rejiminin həqiqətlərini qəbul etmələrini və bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfin hərbi rəsmiləri arasındakı qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu