Deputatdan tələb:“Fransa artıq Minsk qrupunun həmsədri ola bilməz”

Fransa prezidenti Emmanuel Makron Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyətə aydınlıq gətirmədən qərəzli bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.
Halbuki, Azərbaycan XİN-in bəyanatında da qeyd edildiyi kimi, Azərbaycan sərhədçiləri sözügedən ərazilərə - ölkəmizə aid mövqelərə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı üçtərəfli sazişin həyata keçirilməsi məqsədi ilə yerləşdirilirlər.
Fransa tərəfi, ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr statusunun əksinə, bir tərəfin mövqeyindən çıxış edərək, digər tərəfin dünya birliyinə təqdim etdiyi mövqeyini nəzərə almır. Fransa Prezidenti ciddi-cəhdlə BMT Təhlükəsizlik Şurasını prosesə cəlb etməyə çalışır.

Makronun qərəzli yanaşmasını “Sherg.az”a şərh edən millət vəkili Asim Mollazadə bildirib ki, Fransa prezidentinin erməni dilində yaydığı bəyanat onun mövqeyini açıq formada dünyaya nümayiş etdirir:

“Makron bölgədəki proseslərdə tərəf tutduğunu və beynəlxalq hüquq normalarına hörmətsiz yanaşdığını göstərdi. Tam haqlı olaraq  tələb edirik ki, Fransa artıq Minsk qrupunun həmsədri ola bilməz. Fransanın beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq bölgəmiz haqqında hansısa bəyanat verməsi yenidən qarşıdurma və müharibəyə çağırış kimi qiymətləndirilməlidir. Makronun müharibə istəyi, münaqişəni yenidən canlandırmaq arzusu bütün dünya tərəfindən qınanılmalıdır. Beynəlxalq təşkilatlar bu proseslə bağlı Makronu susdurmaq üçün müvafiq addımlar atmalıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu