İsrailin fələstinlilərə hücumuna qəribə etiraz: Ayaqqabılarını fırlatdılar

Türkiyənin Ərzurum şəhərində İsrailin fələstinlilərə hücumuna qəribə bir şəkildə etiraz edilib. Mərkəz Yakutiyə bölgəsindəki  Lala Paşa Camesində cümə namazı qılınıb. “Sherg.az” “Milliyət.com”a istinadən bildirir ki, namazdan sonra camenin önünə toplaşan kütlə ayaqqabılarını çıxararaq irəli atıb. Bununla da onlar İsrail işğalına təpkilərini göstərib. İpəkyolu Sənaye və İş Dünyası Fedarasiyası başqanı Muhammet Nuri Alim, islam aləmində ayaqqabı fırlatmanın qarşıdakı insana ən aşağılayıcı hərəkət olduğunu xatırladaraq bununla İsrailə təpkilərini nümayiş etdirdiklərini söyləyib. Kütlə daha sonra maşınlara minib və avtomobil karvanı ilə etirazlarını davam etdiriblər.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu