Niqablı rəqqasələrin faciəli həyatı: Üzləri özgələrini, içləri isə özlərini "yandırır" + FOTO


1990-cı illərə damğa vurmuş “Məzdəkə” oriyental rəqs qrupunun üzvləri kimlərdir? Bu sual 90-cı illərdə çoxunu düşündürürdü.  90-ların Türkiyəsində oriyental rəqslər xeyli populyarlıq qazanmışdı. Bu rəqqasələri nişan-toy mərasimlərinə dəvət edir, xanımlar evlərdə təşkil etdikləri “qadın məclisləri”ni onlarsız təsəvvür etmirdi. Rəqslərin yazılı olduğu musiqi albomları əl-əl satılrdı. Kəlmələrin mınas anlaşılmasa da, oynaq ərəb musiqisi hər kəsi yerindən tərpədirdi.  O zamanların ən məşhur musiqi albomlarından biri üzərində qələmlə çəkilmiş niqablı qadın rəsmi olan məhz “Məzdəkə” albomu idi. Onları hər kəs üçün maraqlı, çəkici edən əlbəttə ki, üzlərindəki niqab idi. İnsan belədir; örtülü olana meyl edir, örtünün altında nə var, maraqlanır. “Məzdəkə” oriyental rəqs qrupu 3 qadın rəqqasədən ibarət olub. 3-ü də oruyental rəqqasə geyimində, fəqət üzləri niqablı. Niqablı rəqsləri olay yaradan fenomen qadınlar türk həyatına və Türkiyə səhnəsinə necə ayaq açdı? 90-lardan günümüzə sirli qalmış olaylara indi işıq düşməyə başlayıb. Rəqqasələrin səhnə həyatı heç də asan keçməyib, şəxsi həyatları isə... daha faciəli!..  “Şərq.az” “Onedio.com” saytında yer almış bu maraqlı, eyni zamanda faciəli tərəfləri də olan bu əhvalatı oxucularla bölüşür. 

...Hər şey o zamanların ünlü yapımçısı Mətin İlhanın Misirdən yeni musiqi albomları gətirməsiylə başlayıb. Mətin İlhan Misirdən məşhur məzdəkə kasetlərini alır və Türkiyə musiqi bazarına “daşıyır”. Sonra isə qərar verir ki, bu oynaq musiqiləri rəqslərlə ifa edən bir qrup formalaşdırsın.  Dövrəyə ilk daxil olan o zamanın məşhur rəqs qrupu “Tolgahan və Rəqs Qrupu” olur. Tolgahanın həyat yoldaşı  2 rəqqasə tapır. Ancaq rəqqasələr “biz 3 nəfərik”, deyir və beləcə 3 rəqqasədən ibarət qrup formalaşır. Qrupun üzvləri Aynur Kambur, Dilek Maltepe və Nadya Şəkər. Hər 3-ü də hər cür müasir rəqslər nümayiş etdirən gənc xanımlardı.

Amma oriyental rəqslər etməyi heç bilmirlər. 1994-cü ildir və Türkiyədə dünyanın bəzi ölkələrində olduğu kimi özəl telekanallar yeni-yeni yaranmağa başlayır. Özəl telekanalların açılmasıyla efirlərə oriyental rəqslər də “ayaq açır”. Gözlənilməyən bir coşqu yaşanır. Az ala hər telekanalın öz rəqqasəsi var. Ölkə əhalisinin oriyental rəqslərə bayıldığı bəlli, amma bu dəfə 3 rəqqasə eyni vaxtda səhnəyə çıxır. Yəni, maraq zirvədə!  3 oriyental rəqqasəsini bir yerdə səhnədə görmək böyük bir lüksdü! İzləyənləri o zamanlar n çox düşündürən bilrisiz nəydi? “Nə olardı, rəqs zamanı niqabları düşərdi, üzləri görünərdi!..” 

Ölkədə bu qədər rəqqasə varkən onları sirli, cazibəli göstərən 3-nün bir yerdə rəqs etməsindın daha çox, əlbəttə ki, üzlərinin niqabla örtülməsi idi. Məzdəkənin anlamı da burdan gəlir: misirli qadınlar xına gecələrində niqab taxaraq rəqs edərlər. Qrupun niqablı səhnəyə çıxmaları hətta siyasi dairlərdə  müzakirə olunurmuş. Ağlagəlməzdi. Rəqqasələrin cazibəsi isə 2001-ci ildə sona çatır.

Qrup Yeni il gecəsi konsertində o zaman artıq xeyli məşhurlaşmış Tarkanla səhnəyə çıxmağa hazırlaşır. Və ilk dəfə niqaba etiraz gəlir. Xanımlar məcbur qalıb o gecə niqablarını çıxarır, əvəzinə yalnız  gözlərini gizlədən maskadan istifadə edirlər. Bununla  da cazibə dağılır. Onlar da artıq adi rəqqasələrə çevrilirlər. Rəqqasələrin həyatlarının sonrakı mərhələsi heç də rahat keçmir. Qrupun üzvü  Aynur Kanbur mənzilində qətlə yetirilir. Təsəvvür etmək belə çətindir ki, rəqqasənin qatili hələ də tapılmayıb. Qrupun digər üzvü Nadya Şəkər məşhur müğənni Hakan Pekerin keçmiş həyat yoldaşıdır.

Onların Burak adlı oğlu var. Lakin sonra boşanıblar, Hakan Peker başqa qadınla ailə qurub. Qrup üzvlərindən yalnız Dilek Maltepe peşəsini davam etdirir, lakin artıq rəqs müəllimi olaraq. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu