Azərbaycan Türk Ocağı toplaşdı: Önəmli qərarlar verildi

 
Bu gün Azərbaycan Türk Ocağı bərpaçıları bir araya gələrək hesabat xarakterli toplantı keçirib. Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı Vətən savaşından bu günə qədər təşkilatın gördüyü işlərlə bağlı hesabat verib.

O, Türk Ocaqları Mərkəzi qərargahı ilə birgə 44 günlük savaş zamanı Tərtər, Bərdə, və Gəncəyə edilən yardımlar, Azərbaycan Türk Ocağı qurucularından A.Şaiqin 140 illik yubiley tədbirinin keçirilməsi ilə bağlı təşkilatın gördüyü işləri xatırladıb. Vətən savaşında Türkiyədən gələn Türk Ocağlarına bağlı həkimlərin fədakarlığına diqqət yönəldən A. Aşırlı görüləcək işlər barədə də məlumat verib. A. Aşırlı Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilən Şuşada Türk Ocaqlarının Əhməd bəy Ağoğlu adına kitabxana yaratmaq istəyini dilə gətirib.



 Türk Şurasının 30 illik yubileyi münasibətilə Türkiyə, Balkanlar, Orta Asiya, Azərbaycan türkoloqlarının , iqtisadçıların, ədəbiyyat xadimlərinin, tarixçilərin, elm adamlarının iştirakı ilə bu ilin oktyabrında simpoziumun keçirilməsi barədə təkliflə çıxış edən A.Aşırlı qeyd edib ki, bu barədə Türkiyədə ilkin hazırlıqlara başlanılır. Azərbaycanda keçirilməsi planlaşdırılan bu mötəbər simpoziuma hazırlıq üzrə işçi qrupu yaradılıb, görüləcək işlər müzakirəyə çıxarılıb və A.Aşırlı Azərbaycan Türk Ocağı qurucularının ruhunu daim yaşatmaqda borclu olduqlarını vurğulayaraq bildirib ki, təşkilatın ilk qurucularından Kərbalayi Vəli Mikayıloğlunun nəvəsi Fuad Mikayılzadə Azərbaycan Türk Ocağının bərpaçıları sırasına qatılıb. Fuad Mikayılzadə milli mücadilənin həmişə ön sırasında olan babasının yolunu davam etdiricəyini şərəf işi hesab etdiyini deyib. 










 Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) idarə heyyətinin sədri Camal Yanğın, tarixçi-alim Firdovsiyyə Əhmədova, Ülkər Talıbzadə, Cəmilə Hüseynzadə qarşıda planlaşdırılan tədbirlərlə bağlı təklif və rəylərini səsləndiriblər. 

Azərbaycan Türk Ocağında növbəti təyinatlar da olub. Tarixçi-araşdırmaçı Sərxan Carçı ümumi rəyə görə, təşkilatın qərargah sədri təyin olunub. Sonra Mərkəzi Şuşa olmaqla Türk Ocağının Qarabağ və Gəncə bölmələrinin açılması qərarlaşdırılıb.




Tarix üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin müəllimi Cavid Bağırzadə Türk Ocağının Gəncə bölməsinə rəhbər təyin olunub. 
Azərbaycan Türk Ocağı toplantısına internet üzərindən qatılan Türk Ocaqları başqanı professor Mehmet Öz , təşkilat şöbəsinin müdiri professor Əmrah Şenel Ramazan bayramı münasibətilə təşkilat fəallarını təbrik ediblər.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu